EN

2026-cı il Dünya Çempionatının bütün iştirakçıları müəyyənləşdi

Bu gün, aprelin 1-də ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatının final mərhələsində iştirak edəcək 48 komandanın hamısı bəlli oldu.

Oxuməni.az xəbər verir ki, İraq millisi qitələrarası pley-off oyunlarından birində Boliviyanı məğlub edərək, artıq Dünya Çempionatının final hissəsinə vəsiqə qazanmış digər 47 komandaya qoşuldu.

Avropa seçmə mərhələsi başa çatdıqdan sonra 2026-cı il Dünya Çempionatının qrup mərhələsi iştirakçıları:

A qrupu: Meksika, Cənubi Afrika, Cənubi Koreya, Çexiya*.

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina*.

C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya.

D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə*.

E qrupu: Almaniya, Kürasao, Kot-d'İvuar, Ekvador.

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç*.

G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya.

H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay.

I qrupu: Fransa, Seneqal, Norveç, İraq*.

J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya.

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo DR*.

L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama.

*— pley-off oyunlarında qələbə sayəsində vəsiqə qazanıblar.

Almaz Həsənli

Chosen
20
oxumeni.az

1Sources