EN

Biləsuvarda vətəndaşların müraciətləri dinləniləcək

Yazını böyüt
Yazını kiçilt

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev aprelin 15-də Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Cəlilabad, Salyan və Neftçala rayonlarından olan sakinlər ilə görüşəcək.

Bu barədə Hafta.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Biləsuvar şəhərində baş tutacaq. Vətəndaşlar yazılı formada komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, [email protected] elektron poçt ünvanı, həmçinin www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər. Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 578, 599, 163) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.

Chosen
19
1
hafta.az

2Sources