EN

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 4 mərtəbəli obyektin icarəsinə 622 min ödəyəcək

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən ümumi sahəsi 1709.70 m2 təşkil edən 4 mərtəbəli qeyri-yaşayış binasının (qapalı avtodayanacaqda 11 ədəd ödənişsiz və 5 ədəd ödənişli avtoparkinq xidməti daxil olmaqla) icarə xidmətinə 622 933 AZN ödəyəcək.

 

Pravda.az xəbər verir ki, vəsait “Facility Management Group” MMC-yə ödəniləcək.

 

Dövlət Agentiyi və şirkət arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni “bir mənbə metodu” ilə təşkil edilib.

 

Cabir

Tarix: 1 Aprel 2026, 12:39   
Chosen
25
pravda.az

1Sources