EN

ABŞ-ın əsl hədəfi bu ölkədir

“ABŞ-ın müharibə naziri Pit Heqset martin 31-də keçirdiyi mətbuat konfransında “Rusiya və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilirik” ifadəsini işlədib. Pentaqon başçısı Rusiya və Çinin İranla bağlı konkrett “nə etdiklərini” açıqlamasa da, Pit Heqset Moskva və Pekinlə mübarizə apardıqlarına işarə edib”.

Bunu sosial hesabında politoloq Elxan Şahinoğlu yazıb.

O, əlavə edib ki, ABŞ-ın müharibə naziri böyük ehtimalla Rusiya və Çinin İrana hərbi dəstəyini davam etdirməyə çalışdığını demək istəyib:

“Müharibədən əvvəl Rusiya və Çindən İrana böyük həcmdə hərbi texnika çatdırılırdı. Ancaq indi İrana eyni həcmdə hərbi texnikanın çatdırılması problematikdir. Birincisi, İsrail İranın Xəzərdəki limanlarına məhz ona görə zərbələr vurub ki, Rusiya dəniz üzərindən İrana hərbi yük daşımağa risk etməsin. Çin isə müharibədən əvvəl hərbi texnikanı gəmilərlə İrana çatdırırdı. Hazırki müharibə şəraitində bunun də riskləri mövcuddur.

Bu arada, Çin və Pakistan Yaxın Şərqdə davam edən müharibə ilə bağlı 5 maddəlik sülh təşəbbüsü ilə çıxış ediblər. Pakistanın xarici işlər naziri İshaq Dar Pekində çinli həmkarı Van İ ilə görüşdən sonra təkliflərini təqdim ediblər. Təkliflərin mahiyyət sadədir: Müharibə, o cümlədən qeyri-hərbi obyektlərə və mülki infrastruktura hücumlar dərhal dayandırılmalı, sülh danışıqları başlanılmalı, İranın və Körfəz ölkələrinin suverenliyi və təhlükəsizliyi nəzərə alınmalı, Hörmüz boğazında gəmilərin hərəkəti üçün istifadə olunan xətlərdə təhlükəsizlik təmin olunmalıdır. Maraqlıdır ki, İshaq Dar Pekinə səfərindən əvvəl İslamabadda türkiyəli, misirli və səudiyyə ərəbistanlı həmkarlarıyla dördlü görüş keçirmiş və müharibənin dayandırlması üçün vasitəçi olacaqlarını bildirmişdilər. Görünür, Çin hakimiyyəti danışıqlar prosesindən kənarda qalmamaq üçün Pakistanın xarici işlər nazirini Pekinə dəvət ediblər. Ancaq Vaşinqton və Tehran nə İslamabadda keçirilən dördlü görüşə, nə də Pakistanla Çinin birgə təkliflərinə reaksiya veriblər.

Vaşinqton Pekinin vasitəçiliyini qəbul etmək istəmir. Çinin informasiya resursları Yaxın Şərqdəki müharibəyə birmənalı şəkildə ABŞ-ın siyasətinin səbəb olduğunu vurğulayırlar. Çinin dövlət mediası ABŞ-ı Yaxın Şərqdə müharibə aparan, sabitliyi pozan bir qüvvə kimi təqdim edir. Əsas tezis budur: “ABŞ İrana qarşı müharibəni bölgənin və dünyanın təhlükəsizliyi üçün deyil, hegemonluq üçün başladıb". Çində süni intellekt vasitəsilə hazırlanan son videoda qartal obrazında göstərilən ABŞ təcavüzkar kimi qələmə verilib. Çünki, Pekin anlayır ki, ABŞ-ın Venesueladan sonra İranı ram etməyə çalışmasının əsas hədəfi Çinin gücünü zəiflətməyə çalışmaqdır”.

 News365.az

Chosen
19
1
news365.az

2Sources