Hadisə üzrə digər şəxslərdən Davidin qardaşı Mikael Minasiyan ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıb. Eyni iş üzrə təqsirləndirilən Gevorq Gevorqyan isə 5 milyon dram girov qarşılığında sərbəst buraxılıb.
Qeyd edək ki, insident ötən "Verbnoye bazar" günü İrəvandakı "Surb Anna" kilsəsində baş verib. Paşinyanın mühafizəçiləri onun girişini təmin etmək üçün ibadət edənləri kənarlaşdırarkən narazılıq yaranıb. Bu zaman məktəbli əkiz qardaşlar etiraz edib və nəticədə mübahisə fiziki qarşıdurmaya çevrilib. Hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.
İstintaq çərçivəsində əsas ittihamlardan biri vəzifəli şəxsin xidməti və ya siyasi fəaliyyətinə mane olma maddəsidir. Bununla belə, Paşinyanın komandasının onun kilsəyə səfərlərini "şəxsi ziyarət" kimi təqdim etməsi fonunda bu ittiham mübahisəli hesab olunur.