EN

İran şərtlə danışır - ABŞ və İsrail qəbul edəcəkmi?

İran prezidenti Məsud Pezeşkian ölkəsinin müəyyən şərtlər daxilində regiondakı gərginliyi və müharibəni dayandırmağa hazır olduğunu bəyan edib.

Bu barədə o, Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta ilə telefon danışığı zamanı bildirib.

İran mediasının yaydığı məlumata görə, Pezeşkian danışıq zamanı "Biz lazımi şərtlərə əməl olunmaqla, xüsusilə də təcavüzün təkrarlanmayacağına dair zəmanət verilməklə bu müharibəni bitirmək iradəsinə sahibik" deyə vurğulayıb.

ABŞ və İsrail bu şərti qəbul edərmi?

Siyasi şərhçi Xəyal Bəşirov Musavat.com-a bildirib ki, İran Pezeşkianın dili ilə sülh razılaşmasına hazır olduğu mesajını verib:

"Amma irəli sürülən şərtin İsrail və ABŞ tərəfindən dərhal qəbul olunmayacağını yəqin ki, İran tərəfi yaxşı bilir. ABŞ-nin öz şərtləri var. İran o şərtləri qəbul edəcəyi halda hərbi müdaxilənin olmayacağı elan edilib. Tehran isə ABŞ-nin şərtlərini qəbul etmir. Deməli, məsələ yenə də açıq qalır və belə vəziyyətdə müharibənin dayanması gözlənilmir. Maraqlıdır ki, İran tərəfindən kim danışıqlara cəhd göstərirsə həmin şəxs zərərsizləşdirilir, aradan götürülür. Hansısa bir əl danışıqlar prosesinin qarşısını alır. Bu sehrli əl gizli deyil, İsrail tərəfidir. ABŞ-la İran tərəfi danışıqlara şərtlərinin qəbulu müqabilində meylli olsa da, İsrail baş naziri heç bir vəchlə danışıqlar prosesini istəmir. İsrail hesab edir ki, danışıqlara gedilərsə və indiki vəziyyətdə müharibə dayandırılarsa, İran bunu qələbəsi kimi təqdim edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
1
olaylar.az

2Sources