EN

Tuqay Kərimoğlu: Hazırkı milli komanda dünya çempionatında uğur qazana bilər

Bakı, 1 aprel, AZƏRTAC

Ölkə olaraq çox xoşbəxt və qürurluyuq.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyə millisinin sabiq futbolçusu Tuqay Kərimoğlu deyib.

Türkiyə yığmasının dünya çempionatının Avropa zonası üzrə pley-off finalında Kosovo seçməsini 1:0 hesabı ilə məğlub etdiyi matç barədə danışan veteran yarımmüdafiçi komanda ilə qürur duyduğunu bildirib. 55 yaşlı mütəxəssisin sözlərinə görə, futbolçular çəkdikləri əziyyətin bəhrəsini görüblər.

O, “ay-ulduzlular”ın dünya çempionatındakı şanslarını da dəyərləndirib: “Düşünürəm ki, hazırkı milli komanda mundialda uğur qazana bilər”.

Türkiyə millisi DÇ-2026-nın final mərhələsində D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.

Qeyd edək ki, Tuqay Kərimoğlu 2002-ci ildə yığmanın heyətində dünya çempionatının bürünc medalını qazanıb.

Chosen
43
azertag.az

1Sources