
Qadınlar üçün hərbi xidmətin məcburi olduğu Danimarkada ölkənin şahzadəsi İzabella da orduya çağırılıb.
Yeniavaz.com xəbər verir ki, 18 yaşlı şahzadənin orduda 11 ay xidmət edəcəyi nəzərdə tutulur.
Şahzadə 2026-cı ilin avqust ayında Slagelsedəki “Hussar” Mühafizə Süvari Alayında xidmətə başlayacaq.
Xidmət zamanı İzabella əsas hərbi təlim tapşırıqlarını yerinə yetirəcək və digər əsgərlərlə eyni şərtlər altında xidmət göstərəcək.