EN

Hacıqabul Sənaye Parkında yeni istehsal sahəsi yaradılır

"AzerKvars" MMC-yə Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.

"Far.Az" bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, investisiya dəyəri 15 milyon manat olan layihə çərçivəsində inşa ediləcək zavodda Hacıqabul rayonunda yerləşən Hacıvəlli yatağından hasil olunan xammal əsasında zənginləşdirilmiş kvars qumunun və texniki tikinti qumunun istehsalı planlaşdırılır. Layihə çərçivəsində 50 yeni iş yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Hacıqabul Sənaye Parkında 14 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 66,8 milyon manatdan çox investisiya yatırılıb, 570-ə yaxın daimi iş yeri yaradılıb.

Chosen
14
13
far.az

10Sources