EN

Rusiya üzrə bütün mobil operatorlarda Apple ID-nin mobil hesabdan ödənişi dayandı

Aprelin 1-i gecə yarısından etibarən Rusiyada Apple ID-nin mobil hesabdan ödənişi dayanıb. Oxuməni.az xəbər verir ki, "Kommersant" və "Ostorojno, novosti" bunu təsdiqləyib.

AppStore-da ödəniş etməyə cəhd edərkən belə bir bildiriş görünür: "Mobil telefonla ödəniş müvəqqəti olaraq mümkün deyil. Daha sonra yenidən cəhd edin."

"Kommersant"ın məlumatına görə, ödənişlər "böyük dördlük" operatorlarından üçü - MTS, Beeline və T2-nin hesablarından keçmir.

Martın 30-da RBC, telekommunikasiya bazarındakı mənbələrə istinadən yazmışdı ki, Rusiya Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayev "böyük dördlük" operatorları ilə qapalı müşavirədə onlara aprelin 1-dən etibarən Apple ID balansını mobil hesabdan doldurma seçimini dayandırmağı tapşırıb. RBC və "Kommersant"ın mənbələrinə görə, Rusiya hakimiyyəti bu tədbirlə Apple-ı rus xidmətlərini App Store-a qaytarmağa məcbur etmək istəyir.

Növbəti gün MTS və Beeline öz müştərilərinə "abonəliklərə çıxışı qorumaq üçün" Apple ID balanslarını mobil hesabdan uzun müddətə əvvəlcədən doldurmağı tövsiyə ediblər.

Xatırladaq ki, iCloud+, Apple Music və Apple TV abunəlikləri üçün ödəniş etmək, eləcə də App Store-da tətbiqlər və iTunes Store-da kontent almaq üçün Apple ID hesabınızı doldurmalısınız.

Almaz Həsənli

Chosen
18
oxumeni.az

1Sources