
FIFA prezidenti Canni İnfantino İran milli futbol komandası və İran Futbol Federasiyasının vitse-prezidenti Mehdi Məhəmməd Nəbi ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə rəsmi “İnstaqram” səhifəsində məlumat yayıb.
İnfantino İran milli futbol komandası ilə Kosta Rika ilə yoldaşlıq oyunundan əvvəl görüşdüyünü bildirib.
O, bir daha İran milli komandasını Dünya Kubokuna vəsiqə qazandığı üçün təbrik edib.
“Mən İran millisini DÇ-2026-ya vəsiqə qazanması və İranda, eləcə də bütün dünyada milyonlarla insanı qürurlandırdığı üçün bir daha təbrik etdim. Bir ölkəni təmsil etmək böyük məsuliyyətdir. Mən oyunçuları azarkeşlərini ruhlandırmağa və xalqlarını dünya arenasında xəyal qurmağa çağırdım”, - FIFA prezidenti bildirib.
O, həmçinin, futbolun ən çətin şəraitdə belə birlik və ümid gətirdiyini qeyd edib.
“Futbol ən çətin şəraitdə belə birlik və ümid gətirir və FIFA komandanın Dünya Kubokuna hazırlaşmaq üçün mümkün olan ən yaxşı şəraiti təmin etməyə davam edəcək. Onların dünyaya insanlıq və birlik mesajı çatdırmasını səbirsizliklə gözləyirəm”, - FIFA prezidenti əlavə edib.
Qeyd edək ki, İran Kosta-Rika matçı 5:0 hesabı ilə İranın xeyrinə başa çatıb.
