Masallıda evdə yanğın olub.
Redaktor.az xəbər verir ki, hadisə Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində baş verib. Yanğın zamanı evdə olan azyaşlı 2024-cü il təvəllüdlü Məhərrəm Məmmədzadə və onun babası, 1967-ci il təvəllüdlü Camaləddin Abdullayev ölüb.
Faktla bağlı araşdırma aparılır (APA).