EN

Fitso Zelenski ilə bağlı çağırış etdi – “Böhranın səbəbkarı odur”

BAKI, 1 aprel. TELEQRAF

“Avropa İttifaqı (Aİ) neft tədarükü sahəsində böhran vəziyyətindədir, bunun səbəbi təkcə İrandakı müharibə yox, həm də Brüsselin Ukrayna Prezidenti Volodimir Zelenskini “Drujba” neft kəmərinin işini bərpa etməyə inandıra bilməməsidir”.

Teleqraf xəbər verir ki, bu sözləri Slovakiya Baş naziri Robert Fitso deyib.

Baş nazir bildirib ki, Aİ bu nəhəng böhrana necə reaksiya verəcəyini axtarır.

Fitso vurğulayıb ki, böhran fonunda Avropaya neft tədarükü prosesi pisləşir: “Avropa yaranmış böhrana heç bir təsir göstərə və nəzarətə götürə bilmir. Aİ ölkələrində avtomobil yanacağı üçün limitlər daxil olmaqla, sərt qənaət tədbirlərinin tətbiqi müzakirə olunur”.

Baş nazir iddia edir ki, “Drujba” neft kəmərinin açılması təkcə Slovakiya və Macarıstan üçün deyil, bütün Mərkəzi Avropa üçün tədarükü əhəmiyyətli dərəcədə stabilləşdirər. Slovakiya lideri Avropa Komissiyasını Volodimir Zelenskini Avropaya zərər verməməyə məcbur etməyə və ideoloji oyunlarla vaxt itirməməyə çağırıb.

Chosen
11
1
teleqraf.com

2Sources