EN

“Şamaxı” ən məhsuldar futbolçusunu itirir? – Kamran İsmayılov dedi ki...

Görünür, “Şamaxı”da yayda çoxlu ayrılıq yaşanacaq. Və bu siyahıda komandanın ən məhsuldar futbolçusu Karim Rossinin də adı ola bilər.

“Şirlər” mövsümün sonunda müqavilə müddəti bitəcək hücumçuya yeni anlaşma təklif edib, ancaq isveçrəli təklifi qəbul etməyib. Xatırlayırsızsa, o özü bu barədə danışmışdı:

“Real təklif gəlsə, düşünə bilərəm. Futbolçu olaraq inkişaf etmək və daha yaxşı komandalarda oynamaq istəyərəm”.

Bəs, klub Rossiylə danışıqlar aparırmı? Proses hazırda hansı yerdədi? Həqiqətənmi Karimin kollektivdən ayrılacağı dəqiqləşib?

Bu suallarla “Şamaxı”nın baş meneceri Kamran İsmayılova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Vurğuladığınız kimi, futbolçunun bizimlə müddəti mövsümün sonuna qədər olan müqaviləsi var. Ancaq bu barədə açıqlama verməyim düzgün olmaz. Yalnız nəticə haqda danışa bilərəm. Mövsümün sonunu gözləyək”.

Xatırladaq ki, Rossi cari mövsümdə premyer-liqada 9, ölkə kubokunda 3 qol vurub.

KƏNAN BAHADIR
Chosen
32
1
football-plus.az

2Sources