Bakı. Trend:
Azərbaycanın külək enerjisi gücü son onillik ərzində tədricən vəaşağı templə inkişaf edib.
Trend bu barədəBeynəlxalq Bərpa Olunan Enerji Agentliyinə (IRENA) istinadən xəbərverir.
2016–2025-ci illər ərzində ölkənin külək elektrikstansiyalarının quraşdırılmış gücü 16 MVt-dan 64 MVt-a yüksəlib ki,bu da on il ərzində dörd dəfə artım deməkdir. Külək enerjisindəartım qeyri-müntəzəm və nisbətən məhdud olub, əsas artım isə2018-ci ildə qeydə alınıb – həmin il güc 16 MVt-dan 66 MVt-ayüksəlib.
| İl | Külək enerjisi gücü (MVt) | İllik artım (%) |
|---|---|---|
| 2016 | 16 | — |
| 2017 | 16 | 0% |
| 2018 | 66 | 312,5% |
| 2019 | 66 | 0% |
| 2020 | 66 | 0% |
| 2021 | 66 | 0% |
| 2022 | 64 | -3,0% |
| 2023 | 67 | 4,7% |
| 2024 | 67 | 0% |
| 2025 | 64 | -4,5% |
2025-ci ilə olan vəziyyətə görə, külək enerjisi Azərbaycanınbərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış gücünün3,5%-ni təşkil edir. 2016–2025-ci illər ərzində Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi quraşdırılmış gücü 1 184 MVt-dan 1826 MVt-a çatıb ki, bu da on il ərzində 54%-lik artıma uyğundur. Ənböyük artım 2023 və 2024-cü illərdə müşahidə olunub: 2023-cü ildəgüc 363 MVt (təxminən +27%), 2024-cü ildə isə 104 MVt (+6%)artıb.