EN

Hacıqabul Sənaye Parkında yeni istehsal sahəsi yaradılır

“AzerKvars” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, investisiya dəyəri 15 milyon manat olan layihə çərçivəsində inşa ediləcək zavodda Hacıqabul rayonunda yerləşən Hacıvəlli yatağından hasil olunan xammal əsasında zənginləşdirilmiş kvars qumunun və texniki tikinti qumunun istehsalı planlaşdırılır. Layihə çərçivəsində 50 yeni iş yaradılması nəzərdə tutulur.

Hacıqabul Sənaye Parkında hazırda 14 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 66,8 milyon manatdan çox investisiya yatırılıb, 570-ə yaxın daimi iş yeri yaradılıb.

Chosen
11
13
azerbaijan-news.az

10Sources