EN

Rusiyada qalmaqal: məmur...

Moskvada yüksək vəzifə tutmuş keçmiş məmurla bağlı ağır ittiham irəli sürülüb.

Musavat.com xəbər verir ki, Moskvanın Presnenski məhkəməsi Rusiyanın Maliyyə Nazirliyinin keçmiş əməkdaşı Georgi Qolovanov barəsində həbs qərarı çıxarıb.

Məlumata görə, o, 14 yaşına çatmamış uşağa qarşı zorakılıq xarakterli seksual hərəkətlərdə ittiham olunur. Bu barədə məlumatı hüquq-mühafizə orqanlarındakı mənbə və saxlanılan şəxsi tanıyan şəxs də təsdiqləyib.

Bildirilir ki, Georgi Qolovanov martın 31-də həbs qərarından apellyasiya şikayəti verməyə cəhd etsə də, Moskva Şəhər Məhkəməsində baxılma tarixi hələ müəyyən edilməyib.

Rusiyanın Maliyyə Nazirliyindən isə açıqlama verilib ki, Qolovanov hadisədən əvvəl öz ərizəsi ilə işdən ayrılıb. O, nazirlikdə gömrük siyasəti və alkoqol-tütün bazarının tənzimlənməsi departamentində direktor müavini vəzifəsində çalışıb.

Rəsmi məlumatlara görə, o, 2026-cı il üçün vətəndaş qəbulu cədvəlində də yer alıb. “Yustits İnform” portalının məlumatına əsasən, saxlanılan şəxslə eyni adlı Georgi Ruslanoviç Qolovanov hüquq üzrə elmlər namizədi olub və vergi-maliyyə hüququ sahəsində mütəxəssis kimi tanınıb.

Musavat.com

Chosen
47
musavat.com

1Sources