Kaja Kallas bildirib ki, yüksək neft qiymətləri Rusiyanı gücləndirir və buna görə də ona qarşı təzyiq artırılmalıdır.
Turkustan.az xəbər verir ki, o vurğulayıb: “Daha çox sanksiya tətbiq etməli və ikili təyinatlı təchizat zəncirlərini pozaraq Rusiyanın hərbi-sənaye kompleksini zəiflətməyə davam etməliyik”.
Kallas bu fikirləri Kiyevdə keçirilən Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra Ukraynanın xarici işlər naziri Andrii Sybiha ilə birgə mətbuat konfransında səsləndirib.
O həmçinin Buçaya səfər etdiklərini xatırladaraq bildirib ki, 2022-ci ilin martında şəhərin azad edilməsindən sonra ortaya çıxan mülki qətllər və kütləvi məzarlar Rusiyanın müharibədəki “sistemli və planlı vəhşiliyini” göstərib.
Kallas qeyd edib ki, sülh danışıqlarında irəliləyiş yoxdur: “Ukrayna sülhə hazır olduğunu dəfələrlə göstərib, lakin Rusiya hücumları artırıb. Bu müharibəni dayandırmaq üçün təzyiq qurbana deyil, təcavüzkara yönəlməlidir”.
Aytən Yaşar/ Turkustan.az