EN

Tolik 100 ailəni sevindirdi - VİDEO

"Şükürlər olsun Uca Allaha ki, bu dəfə də missiyamızı uğurla tamamladıq. 100 övladımızın sünnət mərasimini həyata keçirdik".

Musavat.com xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev sosial media hesabında yazıb.

O, 100 ailəni sevindirdiyini bildirib: 

"Bizə dəstək göstərənlərə təşəkkür edirəm. Eyni zamanda dəvət etdiyim bütün müğənnilərə təşəkkür edirəm ki, bu xeyirxah işdə yanımızda oldular. Dostlarımıza da ayrıca minnətdaram – onların topladığı vəsait sayəsində uşaqlarımıza hədiyyələr təqdim edə bildik. Allah hər kəsə ürəyinə görə versin. İnşallah, gələn il 150 övladımıza dəstək olmaq ümidi ilə yolumuza davam edəcəyik". 

Könül
Musavat.com

Chosen
21
musavat.com

1Sources