EN

“İlham Əliyev – Zəfər Amili” layihəsi həyata keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş qrant müsabiqəsi çərçivəsində Gənclər Fondunun dəstəyi və Aqrar İnkişaf Könüllülərinin (AİK) tərəfdaşlığı ilə “İlham Əliyev – Zəfər Amili” adlı layihə həyata keçirilib.

Layihə çərçivəsində 6 gün ərzində gənclər üçün müxtəlif maarifləndirici təlimlər, intellektual və yaradıcılıq yönümlü müsabiqələr təşkil olunub. Açılış tədbirində rəsmi qonaqlar çıxış edərək gənclərin dövlətçilik dəyərlərinin mənimsənilməsində bu kimi təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.

Proqram çərçivəsində “Müharibənin Yeni Cəbhəsi: İnformasiya Gücü və Milli Kiber Təhlükəsizlik”, “Müharibədən Sonrakı Cəmiyyət: Psixoloji Dayanıqlığın Gücləndirilməsi və Gənclərin Rolu” və “Günlük Şanlı Qələbə: Dövlət Strategiyası və Qəhrəmanlıq Dərsləri” mövzularında təlimlər keçirilib, iştirakçılarla interaktiv sessiyalar təşkil olunub.

Bununla yanaşı, layihə çərçivəsində şeir və esse müsabiqələri, rəsm sərgisi və müxtəlif komanda oyunları təşkil edilərək gənclərin yaradıcılıq və analitik bacarıqlarının inkişafına şərait yaradılıb.

Layihənin sonunda bağlanış mərasimi və mükafatlandırma tədbiri keçirilib, fərqlənən iştirakçılar diplomlarla təltif olunub, digər iştirakçılara isə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi gənclər arasında dövlətçilik dəyərlərinin, konstitusiya prinsiplərinin və milli suverenlik anlayışının təbliği, həmçinin Azərbaycanın əldə etdiyi tarixi Zəfərin əhəmiyyətinin gənc nəslə çatdırılmasıdır.

image-whatsapp-image-2026-04-01-at-15-31-29 image-whatsapp-image-2026-04-01-at-15-31-29-1 image-whatsapp-image-2026-04-01-at-15-31-30 image-whatsapp-image-2026-04-01-at-15-31-30-1 image-whatsapp-image-2026-04-01-at-15-31-28 image-whatsapp-image-2026-04-01-at-15-31-28-1

Chosen
18
1
busaat.az

2Sources