EN

Cari ilin ilk “Tullantıları hədiyyələrə dəyiş” ekoloji festivalı keçirilib- FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə əhalinin tullantıların düzgün idarə olunması barədə məlumatlandırılması, çeşidləmə vərdişlərinin təşviqi və ekoloji məsuliyyətli davranışın formalaşdırılması məqsədilə 2024-cü ildən həyata keçirilən “Tullantıları hədiyyələrə dəyiş” ekoloji festivalına maraq artmaqda davam edir.

Beynəlxalq Sıfır Tullantı Günündə keçirilən festival vətəndaşların kütləvi iştirakı ilə baş tutub. Tədbirdə uşaqlar, gənclər, ailələr və yaşlı nəslin nümayəndələri fəal iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin, “Araz” supermarketlər şəbəkəsinin, “Ekspressbank”ın, “EcoHub” İctimai Birliyinin və “Yağmur-2” MMC-nin dəstəyi ilə təşkil olunan festival Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Azərsu parkı”nda keçirilib.

Tədbir çərçivəsində iştirakçılar ümumi tutumu 6968 litr olan plastik butulka, 1038 litr olan şüşə tullantı və 1776 ədəd işlənmiş batareya təhvil verərək müxtəlif hədiyyələr əldə ediblər.

Festival zamanı tullantıların təkrar emalının əhəmiyyəti, ətraf mühitin qorunması və resurslardan səmərəli istifadə ilə bağlı maarifləndirici məlumatlar təqdim olunub. Eyni zamanda interaktiv fəaliyyətlər və müxtəlif ekoloji təşəbbüslər tədbirə xüsusi rəng qataraq uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.




Chosen
29
3
ekologiya.az

4Sources