Türkiyə millisinin qələbəsindən sonra yaşanan bir an sosial şəbəkələrdə gündəmə çevrilib.
Milli.Az xəbər verir ki, futbol üzrə Kosovo millisi üzərində 1:0 hesablı qələbə qazanaraq 24 ildən sonra Dünya Çempionatına vəsiqə əldə edib. Qarşılaşmadan sonra futbolçular böyük sevinc yaşayıb və meydanda qələbəni qeyd ediblər.
Lakin bu sevinc anlarında Kenan Yıldızın davranışı xüsusi diqqət çəkib. O, bayramı yarımçıq saxlayaraq məyus vəziyyətdə olan komanda yoldaşı Edon Zhegrovanın yanına gedib.
"Yuventus" klubunda birlikdə çıxış edən futbolçuların səmimi anları kameraya düşüb. Kenan Yıldızın Zhegrovanı qucaqlayaraq təsəlli verməsi futbolsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Həmin görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb və istifadəçilər tərəfindən geniş şəkildə paylaşılıb. Bir çoxları futbolçunun bu jestini idman ruhuna uyğun nümunəvi davranış kimi dəyərləndirib.
Hüseyn
Milli.Az