EN

Azarkeşlər İtaliya Futbol Federasiyasına yumurta atıblar

İtaliya azarkeşləri komandanın 2026-cı il Dünya Çempionatına vəsiqə qazana bilməməsindən sonra İtaliya Futbol Federasiyasının qərargahını yumurtaya tutublar.

"Unikal" xəbər verir ki, azarkeşlər təşkilatın binası yaxınlığında federasiya prezidenti Qabriele Qravinanın istefasını tələb edən bir neçə banner də asıblar.

Cennaro Qattuzonun rəhbərlik etdiyi İtaliya millisi 2026 Dünya Çempionatının seçmə mərhələsinin pley-off finalında Bosniya və Herseqovina yığmasına məğlub olub (1:1, penaltilər seriyasında 1:4) və ardıcıl üçüncü dəfə mundiala vəsiqə qazana bilməyib.

Xatırladaq ki, Dünya Çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Bu mundial tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə baş tutacaq və komandalar hərəsində 4 yığma olmaqla 12 qrupa bölünəcək.

Chosen
20
1
unikal.az

2Sources