Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycanda bayram ərəfəsi böyük süfrələrin açılması və qonaqlığa gedilməsi ilə səciyyələnir. Milli yeməklər dadlı olmaqla yanaşı, yüksək kalorili olur. Bu səbəbdən bayram müddətində insanlar qısa zamanda çəki alırlar. Artan kilolar isə bayramdan sonra sağlamlıq və görünüş baxımından narahatlıq yaradır. İnsanlar həm qidalanma, həm də fiziki fəaliyyət vasitəsilə bu kiloları azaltma yollarını axtarırlar. Məsələ ilə bağlı Demokrat.az-a danışan dietoloq, qida mütəxəssisi Ayişə Məmmədova bildirib ki, bayramda çəki artımı qaçılmaz olur:"Bayram süfrələrində qəbul olunan yüksək kalorili, yağlı və şəkərli yeməklər həzm sistemi və metabolizmi yükləyir, ona görə də dərhal kəskin pəhrizə və ya aclığa əl atmaq düzgün deyil. Əsas prinsip tədrici və balanslı qidalanmadır. Porsiyaları kiçiltmək, təzə tərəvəz və meyvələrə üstünlük vermək, su içmək, ağır və yağlı qidalardan uzaq durmaq lazımdır". O bildirib ki, fiziki aktivlik vacibdir:"Yüngül yürüşlər və evdə edilən məşqlər metabolizmin bərpasına kömək edir və artıq kalori yandırır. Qısa müddət ərzində məqsəd yalnız kilo vermək deyil, həm də həzm sistemi və enerji səviyyəsini normallaşdırmaq olmalıdır.Bayramdan sonra qidalanma gündə 4-5 kiçik yemək, düzgün makroelement balansı və kifayət qədər su prinsiplərinə əsaslanmalıdır. Bu, həm sağlamlığı qoruyur, həm də uzunmüddətli çəkini sabit saxlamağa imkan verir".Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.