EN

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaş qəbulu keçirib-FOTO

Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaş qəbulu keçirib.


Ekologiya.az birdirir ki, 1 aprel 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan qəbulda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinləri, şöbə və sektor müdirləri, həmçinin rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə sakinləri qəbul edib. Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər yerində araşdırılıb.


Hər bir müraciət qeydiyyata alınaraq problemlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Sakinlərə qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri ətraflı izah olunub, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin operativ həlli üçün yerində qərarlar qəbul edilib. Digər məsələlərlə bağlı isə vətəndaşlara müvafiq qurumlara müraciət etmələri tövsiyə olunub.

Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.





Chosen
38
ekologiya.az

1Sources