EN

Azərbaycan-Portuqaliya əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə edilib

Bakı. Trend:

1 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramovla Portuqaliyanın dövlət və xarici işlər naziriPaulo Rangel arasında telefon danışığı aparılıb.

Trend xəbər verir ki, bubarədə Xaricu İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər telefon danışığı zamanı Azərbaycanla Portuqaliyaarasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini,eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirəediblər.

Portuqaliya naziri ölkəsinin Azərbaycandakı diplomatiktəmsilçiliyinin səviyyəsinin qaldırılması və ölkəmizdə səfirlikaçmaq barədə qərar verildiyini diqqətə çatdırıb. Nazir CeyhunBayramov bu qərara görə təşəkkür edib.

Nazirlər ikitərəfli münasibətlərin inkişafı istiqamətində siyasiməsləhətləşmələr mexanizminin və qarşılıqlı səfərlərin əhəmiyyətinivurğulayıblar. İkitərəfli əməkdaşlığın iqtisadiyyat, enerji,ticarət, nəqliyyat və turizm sahələrində genişləndirilməsi üçünmövcud imkanlar nəzərdən keçirilib.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqməsələlərinə toxunaraq qarşılıqlı dəstəyin davam etdirilməsininvacibliyini qeyd ediblər.

Nazirlər Yaxın Şərqdə artan hərbi eskalasiyadan narahatlıqlarınıifadə edib, münaqişənin diplomatik həllinin zəruri olduğunu diqqətəçatdırıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Chosen
50
16
az.trend.az

10Sources