EN

Azərbaycanda ilk –Səhiyyə Nazirliyi Plastik – Rekonstruktiv cərrahiyyə klinikası açdı


Azərbaycanda Səhiyyə Nazirliyinin dəstəyi ilə Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində yeni Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının açılışı baş tutub.


Medicina.az xəbər verir ki, klinikanın baş həkimi uzman plastic cərrah Dilqəm Məmmədov təyin edilib.


Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov klinika barədə məlumat verib.


“Klinikanın yaradılması Azərbaycan tibb tarixində yeni mərhələdir. Bu klinikanın yaradılması ölkəmizdə yüksək texnologiyalı tibbin inkişafı istiqamətində dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Klinika həm tibbi xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq, həm də ixtisaslı kadrların hazırlanmasına güclü töhfə verəcək”.


Bu klinikanın yaradılması ölkədə plastik və rekonstruktiv cərrahiyyəyə artan tələbatdan irəli gəlir.

Travmalar, yanıqlar, onkoloji əməliyyatlardan sonra bərpa ehtiyacının çoxalması və estetik cərrahiyyəyə marağın yüksəlməsi belə ixtisaslaşmış mərkəzin yaradılmasını zəruri edib. Yeni klinika vətəndaşların müalicə üçün xarici ölkələrə getməsinin qarşısını alacaq və beynəlxalq standartlara uyğun tibbi xidməti ölkə daxilində təmin edəcək.


Klinikanın baş həkimi Dilqəm Məmmədov görüləcək işlərdən danışıb:


“Klinika yüksək ixtisaslı tibbi xidmətə əlçatanlığı təmin edəcək, əlillik hallarını və funksional itkiləri azaltmağa, pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət edəcək.

Burada psixoloji və sosial reabilitasiya xidmətləri göstəriləcək, estetik problemlərin həlli insanların özünəinamının artmasına dəstək verəcək”

Dilqəm Məmmədov qeyd edib ki, klinika tədris və praktikanın inteqrasiyası ilə fərqlənir. O, rezidentura və ixtisasartırma bazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrə mütəxəssislərlə multidissiplinar əməkdaşlıq quracaq”.




Aygün M
medicina.az



Chosen
13
7
medicina.az

8Sources