EN

“Samsung” “Galaxy S26” üçün gizli yeniləmə yaydı


“Samsung” flaqman “Galaxy S26” seriyalı smartfonları üçün aprel təhlükəsizlik “patç”ini açıqlayıb.
Yeniavaz.com
"SamMobile”ə istinadən xəbər verir ki, yeni proqram təminatını ilk olaraq Cənubi Koreyadakı istifadəçilər əldə edib.
547 MB-lıq ​​yenilənmə 2026-cı ilin aprel təhlükəsizlik “patç”ından ibarətdir, lakin şirkət həll edilən zəifliklərin ətraflı siyahısını açıqlamayıb və sistemin təhlükəsizlik yeniləməsi ilə bağlı standart bildirişlə kifayətlənib.
Əvvəlki buraxılışlarda olduğu kimi, yeniləmənin heç bir yeni xüsusiyyət əlavə etmədən “One UI” interfeysindəki və “Android” əməliyyat sistemindəki zəiflikləri aradan qaldıracağı gözlənilir. Yeniləmənin yaxın bir neçə gün ərzində digər ölkələrdə də yayımlanması gözlənilir.
Chosen
43
1
yeniavaz.com

2Sources