Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparır.
Moderator.az TASS-a istinadən xəbər verir ki, Paşinyan Moskvada səfərdədir.
Bildirilib ki, görüşdə tərəflərin Rusiya-Ermənistan strateji tərəfdaşlığının mövcud vəziyyətini və perspektivlərini, əsas regional məsələləri, eləcə də Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafını müzakirə edəcəkləri gözlənilir.