EN

Azərbaycanın su anbarlarındakı ehtiyatların həcmi açıqlanıb

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hazırda ölkənin su anbarlarında kifayət qədər su ehtiyatı var.

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin baş məsləhətçisi Sarvan Ağayev deyib.

O bildirib ki, hazırki vəziyyətə nəzər saldıqda ümumilikdə Azərbaycanın su anbarlarının ehtiyatı 17 milyard 973 milyon kubmetr təşkil edir.

"Bu da ötən illə müqayisədə 173 milyon kubmetr artıqdır. Suvarmayla bağlı bu il ölkəmizdə problem olacağı gözlənilmir. Çünki yağıntı olanda suya da tələbat azalır. Yağan yağışlarla əkin sahələri suvarıldığına görə, çaylardan suyun götürülməsi o qədər tələb olunmur. Çaylarda su ehtiyatı artdığına görə çətinlik olmur. Azad edilmiş ərazilərdə yerləşən su anbarlarında da su ehtiyatı kifayət qədərdir. Əkin sahələrinin suvarılmasında heç bir problem yoxdur", - deyə agentlik rəsmisi qeyd edib.

Ayxan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
news.milli.az

2Sources