EN

Birinin saatı 59, o birinin 229 min manat... FOTO

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyəli aktyor Uraz Kaygılaroğlu tanınmış jurnalist Fatih Altaylının proqramında qonaq olub.

Milli.Az xəbər verir ki, müsahibə zamanı onların qollarındakı bahalı saatlar diqqətdən yayınmayıb. Studiyada aparılan söhbət qədər, aksessuarların dəyəri də maraq doğurub.

Belə ki, Uraz Kaygılaroğlunun qolunda olan Rolex Day-Date model saatın qiymətinin təxminən 1,5 milyon lirə (təxminən 59 min manat) olduğu bildirilib. Aparıcı Fatih Altaylının taxdığı Patek Philippe Grand Complications seriyasına aid saatın isə təxminən 6 milyon lirə (təxminən 229 min manat) dəyərində olduğu qeyd olunub.

Qeyd edək ki, Uraz Kaygılaroğlu hazırda "Yeraltı" serialında "Bozo" obrazını canlandırır.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
2
news.milli.az

10Sources