ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbul, 1 aprel, AZƏRTAC
İstanbul Kimyəvi Maddələr və Məhsulları İxracatçıları Birliyi (İKMİB) tərəfindən “2025 İxracatın Ulduzları” mükafatlarının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mükafatın “Mineral Yanacaqlar” kateqoriyası üzrə bu il də SOCAR Türkiyə şirkətlər qrupundan “STAR Rafineri” 1-ci, “SOCAR Petrol Ticarət” isə 2-ci yerə layiq görülüb.
Mükafatlar Türkiyənin ticarət naziri Ömer Bolat tərəfindən SOCAR “Türkiyə Rafineri və Petrokimya” İş bölməsinin ticarət üzrə sədr müavini Ziya Kangarlıya təqdim edilib.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul


Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.