EN

Daşkəsəndə zorlanan 65 yaşlı qadınla bağlı dəhşətli iddialar Oğlanın ailəsi deyib ki...

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Daşkəsəndə 65 yaşlı Firəngiz Əliyevanın zorakılığa məruz qalması ilə bağlı iddialar cəmiyyətdə ciddi rezonans doğurub. Bildirilir ki, hadisəni 26 yaşlı şəxs törədib. Zərərçəkən qadın oğlanın ailəsi tərəfindən təhdid olunduğunu deyir. O, həmçinin zorakılıq faktının məhkəmə-tibbi ekspertiza ilə təsdiqləndiyini qeyd edir. Artıq Baş Prokurorluq faktla bağlı cinayət işi açıldığını bildirib.

Firəngiz Əliyevanın bacısı Nazilə Əliyeva Globalinfo.az-a açıqlamasında deyib ki, hadisədən sonra qorxu içindədirlər:

“Biz Gəncədə yaşayırıq. Lakin Daşkəsən rayonunun Qabaqtəpə kəndində də evimiz, mal-qaramız var. Havalar isinəndə ora gedirik. Hadisə 8 ay əvvəl baş verib. Adətən, hamımız evdə oluruq. Bu dəfə biz gec getdik, qardaşım isə Bakıda təhsil alan övladını ziyarətə getmişdi. Həmin adam da evdəkilərin olmadığından istifadə edib, bacıma təcavüz edib”.

Nazilə Əliyeva bacısının ailəli olmadığını vurğulayıb:

“Bacım uzun müddət əvvəl bir il evli olub. Hadisədən xəbər tutduqdan dərhal sonra polisə şikayət ərizəsi verdik. Oğlanın ailəsi xahiş etdi ki, ərizəni geri götürək. Buna səbəb isə bacıma qarşı zorakılıq törədən oğlanın atasının əvvəllər məhkumluq həyatı yaşaması olub. Atası dedi ki, həbsxananın nə olduğunu yaxşı bilirəm, xahiş edirəm, cavanlığını nəzərə alın. Biz yenə də razılaşmadıq. Bundan sonra dedilər ki, o zaman bunları evləndirək, ürəyiniz nə istəyir, sizin üçün edək, hansı qızılı desəniz alaq. 65 yaşlı qadın nəvəsi yaşında oğlanla necə evlənsin?! Ayıb deyil?! Bunlar övladlarının həbsə düşməməsi üçün bizə görün nə təklif edirlər”.

Zərərçəkənin bacısı iddia edir ki, ailə oğlunun həbsdən yayınması üçün ruhi xəstə olduğuna dair “sənəd” əldə edib:

“Gördülər ki, fikrimizi dəyişmirik, tez hadisəni törədəni göndərdilər Bakıya ki, Psixiatriya Xəstəxanasından ona saxta yolla sənəd alsınlar. Guya dəlidir, özünü idarə edə bilmir. Hətta deyilənə görə, dispanserə yerləşdirilib. Dəli idisə, niyə əvvəldən dispanserə yerləşdirilmirdi? Onu da qeyd edim ki, onlarla razılaşmadığımız üçün qarnında balası olan inəyimizi maşınla vurub öldürdülər. İndi də deyirlər ki, Qabaqtəpə kəndindən çıxın, yoxsa sizə burada rahat yaşamağa imkan verməyəcəyik”.

N.Əliyeva hadisəni törədən Məhəmmədəli adlı şəxsi daha əvvəl yaxından tanımadıqlarını bildirib:

“Onlar bizim yasımıza gəlib, biz onların yasına getmişik. Bundan artıq münasibət olmayıb. Mən hər kəsdən bu işdə bizə dəstək olmağı xahiş edirəm”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
globalinfo.az

1Sources