EN

Neft 132 dollar: Azərbaycan bundan nə qazanır?

Bakı. Trend:

Yaxın Şərqdə baş verən münaqişə qlobal enerji bazarındaqiymətlərin yüksəlməsinə səbəb olub və bu artımın təsirləri ölkələrüzrə fərqli şəkildə özünü göstərir. Azərbaycan nefti artıq birbarel üçün 132 dollara satılır.

Bəs, neft qiymətlərinin bu qədər yüksək olmasıAzərbaycana necə təsir edir?

Mövzu ilə bağlı iqtisadçı ekspert İlham Şaban Trend-ə açıqlamasındabildirib ki, qiymət artımı fonunda büdcəyə transfert və ödənişlərinartacağı şübhəsizdir.

İ. Şaban qeyd edib ki, Azərbaycanda neft hasilatının azalmasıprosesi davam edir: "Mövcud şəraitdə qiymət artımının bu azalmanımüəyyən qədər kompensasiya etməsi belə, Azərbaycan üçün müsbət amil– müəyyən mənada dividend kimi qiymətləndirilə bilər".

Onun sözlərinə görə, əsas benefisiarlar nəqliyyat və logistikaşirkətləri, həmçinin sığorta və kredit təşkilatlarıdır. İqtisadçıneft qiymətlərində artımın hasilatçı şirkətlərin gəlirlərinətəsirinin şişirdilməməsini tövsiyə edib: "Birmənalı şəkildə deməkolmaz ki, neft qiymətlərinin artımı dövlət büdcəsinə neftsektorundan daxil olan vergilərin eyni nisbətdə, məsələn ikiqatartmasına səbəb olacaq. Daha dəqiq desək, qiymət artımı fonundabüdcəyə transfert və ödənişlərin artacağı şübhəsizdir, lakin buartımın konkret həcmini yalnız birinci rüb üzrə statistikgöstəricilər açıqlanandan sonra müəyyən etmək mümkün olacaq. Çünkişirkətlərin nefti daha yüksək qiymətə satması o demək deyil ki,onların büdcəyə ödədiyi vergilər də eyni proporsiyada artacaq".

İ. Şaban bildirib ki, digər tərəfdən, birinci rübdə şirkətlərinxərclərinin səviyyəsi də hələ məlum deyil və bu amil mənfəətvergisi üzrə ödənişlərin həcminə birbaşa təsir göstərir.

Qeyd edək ki, hazırda dünyada Yaxın Şərqdəki gərginlik qlobalmiqyasda neft-qaz qiymətlərində nəzərəçarpacaq artıma gətiribçıxarıb.

Hazırda Azərbaycan neftinin qiyməti 132 dolları keçib. Belə ki,İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycanneftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,3ABŞ dolları və ya 3,36 faiz artaraq bir barel üçün 132,35 ABŞdolları təşkil edib.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin ortaqiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

Məqalədə:
Chosen
15
6
az.trend.az

7Sources