EN

Azərbaycan elektrikli avtomobil idxalını azaldır

ain.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2026-cı ilin yanvar-fevral aylarında 204 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkənin elektromobil idxalının dəyəri isə 5 milyon 92 min dollar olub. Hesabat dövründə elektromobil idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 105 ədəd, dəyər ifadəsində isə 6 milyon 992 min dollar və ya 2,4 dəfə azalıb.

Xatırladaq ki, 2025-ci ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 309 ədəd, dəyəri 12,1 milyon dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
48
banco.az

10Sources