EN

Paşinyan: Ermənistan AİB və Aİ-yə üzvlüyün uyğunsuz olduğunu bilir

BAKI, 1 aprel. TELEQRAF

Ermənistanın eyni vaxtda Avrasiya İqtisadi Birliyinə (AİB) və Avropa Birliyinə üzvlüyü bir-biri ilə uyğun gəlmir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.

Paşinyanın sözlərinə görə, Rusiya Federasiyası ilə dəmir yolu əlaqəsi və Rusiyadan Azərbaycan vasitəsilə dəmir yolu ilə idxal, gələcəkdə isə ixrac Avrasiya İqtisadi Birliyi çərçivəsində iqtisadi əlaqələri gücləndirir.

"Avropa Birliyinə gəldikdə isə, biz bilirik ki, prinsipcə hər iki ittifaqa üzvlük bir-biri ilə uyğun deyil, amma hazırkı gündəliyimizə görə, onlar bir-biri ilə uyğun gəlir və bu, faktdır. Və bu gündəmləri birləşdirmək imkanı olduğu müddətcə biz bunu edəcəyik və proseslər qərar qəbul etmək lazım olan nöqtəyə çatdıqda əminəm ki, biz, yəni Ermənistan Respublikasının vətəndaşları, bu qərarı verəcəyik”, - deyə Paşinyan bildirib.

Chosen
23
teleqraf.com

1Sources