EN

“Çin və Pakistanın sülh təşəbbüsü ABŞ İran münasibətlərində gərginliyi artırır” ŞƏRH

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilirik.

Gununsesi.info bildirir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib.

“Biz Rusiya və Çinin nə etdiyini və ya nə etmədiyini dəqiq bilirik. Biz bunları ictimai şəkildə bəyan etməli deyilik. Amma lazım olanda bununla maraqlanırıq və təsirlərini yumşaldırıq, yaxud da birbaşa olaraq mübarizə aparırıq”, – Heqset vurğulayıb.

Politoloq Elxan Şahinoğlu şərh edərək qeyd edib ki, Pentaqon başçısı Rusiya və Çinin İranla bağlı konkrett “nə etdiklərini” açıqlamasa da, Pit Heqset Moskva və Pekinlə mübarizə apardıqlarına işarə edib:

“ABŞ-nin müharibə naziri böyük ehtimalla Rusiya və Çinin İrana hərbi dəstəyini davam etdirməyə çalışdığını demək istəyib. Müharibədən əvvəl Rusiya və Çindən İrana böyük həcmdə hərbi texnika çatdırılırdı. Ancaq indi İrana eyni həcmdə hərbi texnikanın çatdırılması problematikdir. Birincisi, İsrail İranın Xəzərdəki limanlarına məhz ona görə zərbələr vurub ki, Rusiya dəniz üzərindən İrana hərbi yük daşımağa risk etməsin. Çin isə müharibədən əvvəl hərbi texnikanı gəmilərlə İrana çatdırırdı. Hazırki müharibə şəraitində bunun də riskləri mövcuddur.

Bu arada, Çin və Pakistan Yaxın Şərqdə davam edən müharibə ilə bağlı 5 maddəlik sülh təşəbbüsü ilə çıxış ediblər. Pakistanın xarici işlər naziri İshaq Dar Pekində çinli həmkarı Van İ ilə görüşdən sonra təkliflərini təqdim ediblər. Təkliflərin mahiyyət sadədir: Müharibə, o cümlədən qeyri-hərbi obyektlərə və mülki infrastruktura hücumlar dərhal dayandırılmalı, sülh danışıqları başlanılmalı, İranın və Körfəz ölkələrinin suverenliyi və təhlükəsizliyi nəzərə alınmalı, Hörmüz boğazında gəmilərin hərəkəti üçün istifadə olunan xətlərdə təhlükəsizlik təmin olunmalıdır. Maraqlıdır ki, İshaq Dar Pekinə səfərindən əvvəl İslamabadda türkiyəli, misirli və səudiyyə ərəbistanlı həmkarlarıyla dördlü görüş keçirmiş və müharibənin dayandırlması üçün vasitəçi olacaqlarını bildirmişdilər”.

Politoloq hesab edir ki, Çin hakimiyyəti danışıqlar prosesindən kənarda qalmamaq üçün Pakistanın xarici işlər nazirini Pekinə dəvət ediblər:

“Ancaq Vaşinqton və Tehran nə İslamabadda keçirilən dördlü görüşə, nə də Pakistanla Çinin birgə təkliflərinə reaksiya veriblər.

Vaşinqton Pekinin vasitəçiliyini qəbul etmək istəmir. Çinin informasiya resursları Yaxın Şərqdəki müharibəyə birmənalı şəkildə ABŞ-ın siyasətinin səbəb olduğunu vurğulayırlar.

Çinin dövlət mediası ABŞ-ı Yaxın Şərqdə müharibə aparan, sabitliyi pozan bir qüvvə kimi təqdim edir. Əsas tezis budur: “ABŞ İrana qarşı müharibəni bölgənin və dünyanın təhlükəsizliyi üçün deyil, hegemonluq üçün başladıb”.

Çində süni intellekt vasitəsilə hazırlanan son videoda qartal obrazında göstərilən ABŞ təcavüzkar kimi qələmə verilib. Çünki, Pekin anlayır ki, ABŞ-ın Venesueladan sonra İranı ram etməyə çalışmasının əsas hədəfi Çinin gücünü zəiflətməyə çalışmaqdır”.

Afət

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
icma.az

2Sources