EN

KİV: ABŞ-nin vitse-prezidenti vasitəçilərlə İran münaqişəsini müzakirə edib

ABŞ-nin vitse-prezidenti J.D. Vens vasitəçilərlə İran münaqişəsini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Mənbənin məlumatına görə, Prezident Donald Trampın tapşırığı ilə Vens Hörmüz boğazının yenidən açılması da daxil olmaqla, ABŞ-nin müəyyən tələbləri yerinə yetiriləcəyi təqdirdə atəşkəsi mümkün hesab edib.

Vens həmçinin Trampın səbirsiz olduğuna vasitəçilərə çatdırıb və Tehranın razılığa gəlməyəcəyi təqdirdə İranın infrastrukturuna təzyiqin artacağı barədə xəbərdarlıq edib.

Chosen
42
1
teleqraf.com

2Sources