EN

Ukrayna Polşa ilə qaz idxal gücünü artırmaq barədə razılığa gəlib

ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna aprelin sonuna qədər qaz idxal gücünü artırmaq üçün Polşa ilə razılığa gəlib. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıxal bildirib."Polşalı tərəfdaşlarımızla bu ilin aprel ayının sonuna qədər qaz idxal gücünü ildə 6,7 milyard kubmetrə çatdırmaq barədə razılıqlar əldə edilib. Bu marşrutun daha da genişləndirilməsi ilə bağlı danışıqlar davam edir", - deyə o, Telegram-da yazıb.Şmıxal həmçinin Ukraynanın Bolqarıstanla birlikdə Yunanıstandan Cənub-Şərqi Avropaya təbii qaz tədarükünü hədəfləyən "Şaquli Qaz Dəhlizi" layihəsini inkişaf etdirəcəyini deyib:"Şaquli Qaz Dəhlizi layihəsi region ölkələri üçün şaxələndirilmiş təbii qaz mənbələrinə çıxış təmin edir. Layihə başa çatdıqdan sonra marşrutun gücü ildə təxminən 10 milyard kubmetr qaza çata bilər. Bu, həmçinin qaz təchizatı və saxlanması sahəsində, xüsusən də Ukraynanın yeraltı qaz anbarlarından istifadə etməklə genişləndirilmiş əməkdaşlıq üçün əlavə imkanlar açır".Anar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
newscenter.az

2Sources