Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ötən həftə ərzində paytaxt və ətraf ərazilərə yağan aramsız yağışların fəsadları bu gün də özünü göstərməkdədir. Xırdalan-Masazır-Novxanı yolunda “Zəngilan şəhərciyi” yaxınlığında asfaltın çökməsi də bu fəsadlardan biridir. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən açıqlamada bildirilib ki, aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub.
Keçidin qarşısını tutan yük maşını sürücü və piyadaları təhlükəyə atdı - VİDEO
Bu il yanvarın 12-də Prezident İlham Əliyev tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramının təsdiqlənməsi ilə bağlı Sərəncam imzalanıb. Proqramda yağış suları risklərinin aradan qaldırılması, tullantı su infrastrukturunun təkmilləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması da qarşıya qoyulan məqsədlərdən biri kimi təsdiqlənib.
Masazırda çökən yolla bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında qeyd edib ki, paytaxt və ətrafındakı ərazilərin mövcud yeraltı qrunt suları xəritəsi yenilənməlidir.

"Yeraltı qrunt sularının istiqamətləri müəyyən olunmalıdır. Digər məsələ, yeraltı kommunikasiyaların mövcud xəritəsinin yenilənməsidir. Mövcud olanların müasir alətlərlə, dronlarla skan edilməsinə ehtiyac var. Yəni, mövcudların vəziyyəti nə haldadırsa, bu gün bir çox xətlər hələ də müəmmalıdır. Onların monitorinqi təşkil olunmalıdır.
Müvafiq dövlət proqramı var, hansı ki yeni şəbəkə formalaşdıracaq, bu məsələ, həmçinin iqlim dəyişməsini nəzərə alaraq, sürüşmə sahələrinin, su basan, yanğın olan sahələrin, ümumi olaraq, iqlimdən təsirlənən zonaların xəritəsi hazırlanmalı və cəmiyyətə açıq olmalıdır. Həmçinin hal-hazırda tikilən avtomobil yolları, dəmir yolları infrastrukturuna iqlim dəyişikliyinin təsirlərinin nəzərə alınması bir tələb kimi qoyulmalıdır. Bu həm layihələndirmədə, həm dikintidə mütləq şəkidlə nəzərə alınmalıdır. Çünki iqlim dəyişikliyi bizim bütün həyatımıza, logistikaya və istehlak zəncirinə təsir edir. Yəni, normadan artıq yağan yağış küçələrdə onu idarə edən sistemi yükləyə bilir. Ölkəmizdə kanalizasiya şəbəkəsinin miqyası məhduddur, onun genişləndirilməsi üstündə iş görülür. Amma faktiki olaraq bunlar nəzərə alınmalıdır və böhran kommunikasiyası üzrə işlərə diqqət artırılmalıdır. Çünki irəliyən illərdə intensiv yağışlar nəticəsində bu növ hallarla daha tez-tez qarşılaşacağıq və bunu da daha doğru qiymətləndirmək üçün əlimizdə datalar olmalıdır. Yerin altında bizim vəziyyətimiz nə haldadır? İstəyir təbiət olaraq, qrunt suları olaraq, istəyir kommunikasiya olaraq. Tikilən infrastruktur zamanında tikilib, amma iqlim dəyişir, suların istiqaməti də dəyişə bilər.

Yol tikib bitiririk, yazılır ki, yaxınlarda təmir olunub. Yol təmir olunub, üstündə asfalt qatı yenilənib və yaxud tikilən vaxt geologiyası araşdırılıb və geoloji strukturuna uyğun yol geyimi seçilib və ona uyğun yükləri də nəzərə alınaraq tikilib. Amma sonradan və yəni yeraltı suların istiqaməti dəyişibsə, yuyulursa və günün birində çökürsə, bu zaman artıq yollarda tikintiyə nəzarət qurumları yox, daha çox yerin təkini öyrənən aidiyyəti strukturlar mütəmadi monitorinqlər keçirməlidir ki, yeraltı suların istiqaməti dəyişirmi, çoxalırmı, azalırmı, bunları müəyyənləşdirsin. Yəni, bunun məlumat bazası nə səviyyədədir? Yaxud müəyyən yerlərdə sürüşmələr var. Sürüşməyə səbəb nədir? Sürüşməni stimulaşdıran səbəblər nədir? Sudur mu, yoxsa torpağın üzərinə düşən yükdür mü? Burada çeşidli məsələlər var ki, hansı ki, biz fəsadlara köklənirik. Yəni, son şəkli görürük ki, yol çökdü. Amma səbəbləri araşdırılmalıdır və xüsusən də iqlim dəyişikliyi məsələsinə çox diqqət ayırılmalıdır. Həm marifləndirmə, həm məlumatlandırılma, həmçinin də müasir dövrdə tikilən, qurulan hər bir obyektdə bu nəzərə alınmalıdır”.
Səfər
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.