EN

Hacıqabul Sənaye Parkında yeni şirkət 15 MİLYON MANATLIQ LAYİHƏ

Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hacıqabul Sənaye Parkının yeni rezidenti tərəfindən zənginləşdirilmiş kvars qumunun və texniki tikinti qumunun istehsalı layihəsi həyata keçiriləcək. 

"Marja" bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Belə ki, “AzerKvars” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib. 

İnvestisiya dəyəri 15 milyon manat olan layihə çərçivəsində inşa ediləcək zavodda Hacıqabul rayonunda yerləşən Hacıvəlli yatağından hasil olunan xammal əsasında zənginləşdirilmiş kvars qumunun və texniki tikinti qumunun istehsalı planlaşdırılır. Layihə çərçivəsində 50 yeni iş yaradılması nəzərdə tutulur. 

Hacıqabul Sənaye Parkında hazırda 14 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 66,8 milyon manatdan çox investisiya yatırılıb, 570-ə yaxın daimi iş yeri yaradılıb.

İş elanları AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
13
marja.az

10Sources