EN

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş Sizi blok edənlər, az danışdığınız və...

ain.az, Bizim media saytına istinadən bildirir.

Sosial mediada “WhatsApp” istifadəçiləri arasında maraqlı bir iddia sürətlə yayılıb. Paylaşımlarda tətbiqdə görünən profil rənglərinin istifadəçilər arasındakı münasibətləri əks etdirdiyi irəli sürülür.Bizim.Media türk mediasına istinadən xəbər verir ki, iddialara görə, “WhatsApp”da profil şəkli olmayan kontaktların fon rəngləri təsadüfi deyil və müəyyən məna daşıyır. Yayılan məlumatlarda bildirilir ki, fərqli rənglər qarşı tərəfin sizi kontaktlarında saxlayıb-saxlamadığını və ya sizinlə ünsiyyət səviyyəsini göstərir.Bu paylaşımlarda rənglərin mənası belə izah olunur:YaşılŞəxs sizi kontaktlarında saxlamayıbMaviŞəxs sizi əvvəllər bloklayıbQırmızıNadir hallarda danışdığınız şəxslərAçıq yaşılƏvvəllər çox ünsiyyətdə olub, sonradan əlaqəni azaltdığınız şəxslərLakin məsələ ilə bağlı heç bir rəsmi açıqlama və ya texniki əsas mövcud deyil. “WhatsApp”ın funksiyalarında bu cür bir xüsusiyyətin olduğu təsdiqlənməyib. Mütəxəssislər bildirirlər ki, tətbiqdə görünən bu rənglər sadəcə profil şəkli olmayan istifadəçilər üçün avtomatik şəkildə təyin edilir və tamamilə təsadüfi xarakter daşıyır. Yəni bu rənglərin istifadəçilər arasındakı münasibətlə heç bir əlaqəsi yoxdur. Beləliklə, sosial mediada yayılan bu iddialar reallığı əks etdirmir və istifadəçilərin çaşdırılmasına səbəb olur. (Sfera.az)

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
4
bizim.media

5Sources