EN

Ermənistan KTMT nin işində niyə iştirak etmir?

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı problemlərimizi gizlətməmişik. 2022-ci ildə konkret bir vəziyyətimiz var idi, mexanizmlər işləməli idi, amma işləmədi".

Redaktor.az-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Ermənistanın KTMT-nin fəaliyyətində niyə iştirak etmədiyini izah edib.

"Biz KTMT-də iştirak etmirik, çünki vətəndaşlarımıza KTMT-nin öhdəliklərinə zidd olaraq niyə reaksiya vermədiyini izah edə bilmirik", - deyə Paşinyan bildirib.

Eyni zamanda Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, İrəvan 2022-ci ildə Praqada Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etdikdən sonra KTMT-nin bu prosesə müdaxilə etməsi tamamilə yersiz olardı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
2
redaktor.az

3Sources