Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində birbaşa iştirak etməyəcək.Bu barədə Ermənistan KİV-i xəbər verir.
Qərar aprelin 1-də partiyanın icraedici orqanının iclasında qəbul olunub.Partiya qərarın əsaslandırılması və gələcək fəaliyyəti ilə bağlı planlarını aprelin 4-də keçiriləcək 18-ci qurultayda açıqlayacaq.