EN

Sarqsyanın partiyası parlament seçkilərində iştirak etməyəcək

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində birbaşa iştirak etməyəcək.

Ölkə.az Ermənistan mediasına istinadən bildirir ki, bu qərar aprelin 1-də partiyanın icraedici orqanının iclasında qəbul olunub.

Məlumata görə, qərar geniş və hərtərəfli təhlillərin nəticəsi əsasında verilib. Qərarın səbəbləri və partiyanın gələcək fəaliyyət planı aprelin 4-də keçiriləcək 18-ci qurultayda açıqlanacaq.

Chosen
3
5
olke.az

7Sources