EN

Tramp Ağ Evin altında tikilən 400 milyonluq məxfi bunkerin sirlərini AÇDI

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Ağ Evin ərazisində bunkerin tikintisi ilə bağlı məxfi məlumatları jurnalistlərə açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Amerika lideri layihənin təfərrüatlarını və dəyərini "Air Force One" təyyarəsinin göyərtəsində mətbuatla söhbəti zamanı bildirib. Onun sözlərinə görə, nəhəng hərbi kompleks Ağ Evdəki yarımçıq qalmış rəqs zalının altında inşa olunacaq. Tramp qeyd edib ki, bomba sığınacağı 400 milyon dollara başa gələcək.

Tikili gülləkeçirməz pəncərələr, kimyəvi hücumdan qorunmağa kömək edəcək kondisioner sistemləri və bütün perimetr boyu bioloji müdafiə vasitələri ilə təchiz ediləcək. Bundan əlavə, daxildə tibb məntəqəsi, xaricdə isə pilotsuz uçuş aparatlarından (dronlardan) xüsusi müdafiə sistemi olacaq.

Bundan əvvəl Tramp bəyan etmişdi ki, rəqs zalının yenidən qurulması guya Ağ Evdə mühüm qonaqların qəbulu üçün yerin olmaması ilə bağlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
redaktor.az

2Sources