ABŞ təyyarələri hərbi əməliyyatın başladığı gündən bəri İrandakı hədəflərə qarşı 12.000-dən çox döyüş uçuşu həyata keçirib.
Qaziler.az xəbər verir ki, bunu ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Qeyd olunub ki, hazırda Yaxın Şərqdə 250-dən çox ABŞ döyüş təyyarəsinin yerləşdiyi bildirilir. Bunlardan ən çoxu İordaniyadakı Müvəffəq Salti Hava Bazasında yerləşir. Bunlara “F-35A”, “F-15E” və “F-16” qırıcı təyyarələri, eləcə də “A-10” hücum təyyarələrindən ibarət eskadrilya daxildir.
Bundan əlavə, ABŞ təyyarələri İsraildəki Ovda Hava Bazasında və Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasında yerləşir.
QAZİLER.AZ