EN

Neftin qiyməti 150 dolları ötə bilər

Bankın qiymətləndirməsinə görə, İran ətrafında artan gərginlik qlobal iqtisadiyyatda “yüngül staqflyasiya” riskini gücləndirir. Bu səbəbdən 2026-cı il üzrə artım proqnozu 3,1%-ə endirilib, inflyasiya gözləntisi isə 3,3%-ə yüksəldilib.Metbuat.az xəbər verir ki, bu barədə "Bank of America"nın məlumatında qeyd edilib. Amerika bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb və neft qiymətləri ilə bağlı xəbərdarlıq edib. Qeyd olunur ki, inflyasiyanın artması fonunda mərkəzi banklar daha sərt pul-kredit siyasəti yürüdə bilər və faiz dərəcələri əvvəlki proqnozlarla müqayisədə daha yüksək səviyyədə qalacaq.

Bank həmçinin neft bazarında risklərin artdığını vurğulayıb. Proqnoza əsasən, 2026-cı ildə neftin orta qiyməti 100 dollar civarında olsa da, gərginliyin dərinləşəcəyi təqdirdə bu göstərici 130 dollara, bəzi hallarda isə 150 dolların üzərinə qalxa bilər.

Chosen
65
50
metbuat.az

10Sources