EN

ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu edib - AÇIQLAMA

ABŞ və İsrailin əməliyyatı başlayandan bəri Birləşmiş Ştatların təyyarələri İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata keçirib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Military Air Tracking Alliance" aviasiya resursunun məlumatına görə, hazırda ABŞ-nin Yaxın Şərqdəki taktiki aviasiya qruplaşması 250-dən çox döyüş təyyarəsindən ibarətdir ki, onların ən böyük qismi İordaniyadakı Müvəffəq Salti aviabazasında yerləşdirilib (onların arasında F-35A, F-15E, F-16, eləcə də A-10 hərbi təyyarələri var). Döyüş təyyarələri, həmçinin İsraildəki Ovda və Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazalarında, eləcə də Ərəbistan dənizi ərazisində döyüş tapşırıqlarını yerinə yetirən "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisində yerləşdirilib.

Mətləb

Chosen
17
8
sia.az

10Sources