EN

Rafael Fiziyev: "Bakıya gələndə bal gətir"

UFC döyüşçüsü Fares Ziyamın Bakıda döyüşmək təklifinə azərbaycanlı idmançı Rafael Fiziyevdən maraqlı reaksiya gəlib.

Fanat.Az xəbər verir ki, Fiziyev rəqibinin "meydan oxumasına" sosial media hesabı vasitəsilə cavab verib.

Təmsilçimiz öz şərhində fransalı döyüşçüyə xəbərdarlıq edərək: "Nə arzu etdiyinə diqqət et və çay üçün yaxşı bal gətir, Bakıda xoş qarşılanacaqsan" sözlərini yazıb.

Fares Ziam isə Fiziyevin bu cavabını "100% qardaş" deyərək təsdiqləyib və döyüşə tam hazır olduğunu bir daha nümayiş etdirib. İki idmançı arasındakı bu dialoq iyun ayında Bakıda keçirilməsi təklif olunan döyüşə marağı daha da artırıb.

İndi bütün diqqətlər UFC rəhbərliyinin verəcəyi rəsmi qərara yönəlib.

Kamil Xudiyev

Chosen
20
1
fanat.az

2Sources